Bakıda xüsusi amansızlıqla öldürülən sahibkar qadının evindən külli miqdarda pul aparılıb. SİA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin qətllə bağlı yaydığı məlumatda yer alıb. qeyd olunub ki, yanvarın 5-də Bakı şəhər sakini Məryəm Namidzadənin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Nəsimi rayonunun F. Qasımzadə küçəsindəki evində tapılıb. M. Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.
Nəsimi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.
Məryəm Namidzadə Bakıdakı məşhur "Jewellery" zinət əşyaları mağazasının sahibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB