Lənkəranda 5 nəfər yeniyetmədən ibarət dəstə bayram tətilini fürsət bilərək hərəkətə keçiblər. Rayon ərazisində bir neçə mağazadan qızil , gümüş, pul, müxtəlif əşyalar və hətta silah da oğurlayıblar. Rayonda həmçinin qanunsuz valyuta dəyişən şəxslər də saxlanılıb.
Yeniyetmələr əlbir olaraq dəstə qurublar. Lənkəranda həmin dəstə yeni il tətilində hər gecə bir obyekt soyublar. Rayon polisi 5 nəfərdən ibarət oğru dəstəni yaxalayıb. Məlum olub ki, yetginlik yaşına çatmayan dəstə üzvləri, ilk olaraq Nizami küçəsindəki qəzet köşkündən 600 manat dəyərində tütün məmulatları, 130 manat dəyərində mobil danışıq kartları və 70 manat nağd pul götürüblər.
Sonra bir mağazadan seyf və 50 manat nağd pulu mənimsəyiblər. Bundan əlavə yanvarın 2-dən 3-nə keçən gecə Liman şəhəri ərazisində ərzaq mağazasından müxtəlif məhsullar və 200 manat nağd pul, yanvarın 3-dən 4-nə keçən gecə isə Lənkəranın Həzi Aslanov küçəsində yerləşən gül və hədiyyə aksesuarları dükanından 350 manat dəyərində gümüş üzük və bilərziklər, 80 manat dəyərində alışqanları aparıblar. Eyni tarixdə Zərifə Əliyeva küçəsindəki mağazadan 865 manat dəyərində gümüş məmulatları və 150 manat nağd pulu oğurlayıblar. Sonuncu əməlləri isə ovçular mağazasından silah oğurlamaları olub.
Bununla yanaşı lənkəranda Böyük bazar ərazisində keçirilən reyd zamanı qanunsuz valyuta mübadiləsi ilə məşğul olan Lənkəran rayon sakini, 40 yaşlı Vüqar Rzayev və 54 yaşlı Hadı İbrahimov saxlanılıb. Onların üzərində xeyli miqdarda ABŞ dolları və Rusiya rublu aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB