Şəhər prokurorluğunun daş karxanasındakı faciə ilə bağlı məlumatı

Şəhər prokurorluğunun daş karxanasındakı faciə ilə bağlı məlumatı

Bakı şəhər prokurorluğu daş karxanasında baş verən faciəli hadisə ilə bağlı rəsmi məlumat yayıb. SİA-nın xəbərinə görə, məlumatda bildirilib ki, yanvarın 1-də saat 01 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən "Gülbaxt" daş karxanası kompleksində fəaliyyət göstərən "Kristal" MMC-yə məxsus konteyner tipli istirahət otağında yanğın baş verib və həmin otaqda 1968-ci il təvəllüdlü, Ağcabədi rayon sakini, "Kristal" MMC-də usta işləmiş Abbas Aslanovun yanmış meyiti aşkar edilib.

Bakı şəhər və rayon prokurorluqlarının, rayon polis idarəsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə