Bakıda vətəndaşın həyətindən silah-sursat tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, yanvarın 2-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Nüsrət Əliməmmədov həyətində olan köhnə boruların içərisindən "AKM" markalı silah, 1 ədəd sandıq və 42 ədəd avtomat patronu taparaq 15-ci PB-yə təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB