Zaqatala rayonunda 3 otaqlı evdə yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonun Faldar kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Evin yaxınlığındakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 13:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB