Cəlilabadda yanğın

Cəlilabadda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonun Uzuntəpə kəndində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 54 kv.m olan köməkçi tikilinin dam örtüyü 15 kv.m sahədə yanıb. Köməkçi tiklinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə