Bakıda bıçaqlanma hadisələri

Bakıda bıçaqlanma hadisələri baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, dekabrın 27-də Səbail rayonu ərazisindən Bakı şəhər sakini Zaur Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Səbail rayon 39-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Orxan Əhədov tutulub.

Digər bıçaqlanma hadisəsi dekabrın 27-də Suraxanı rayonunun Əmircan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini Sadir Əsgərov münaqişə zəminində həmyerlisi Asiman İbrahimzadəyə bıçaqla xəsarət yetirib. Suraxanı rayon 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əsgərov saxlanılıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə