İstirahət günlərində 9 qəza 4 ölü, 22 yaralı

İstirahət günlərində 9 qəza 4 ölü, 22 yaralı

Azərbaycanda istirahət günləri baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. SİA-nın Dazili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, dekabrın 26-da respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Dekabrın 27-də isə respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə