"Partladan"lar satışa buraxılmadı

"Partladan"lar satışa buraxılmadı

Bakıda 11 min ədədə yaxın yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitə aşkar edilib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxın Sabunçu, Nəsimi, Binəqədi və Qaradağ rayonları ərazilərində səyyar ticarətlə məşğul olan Əziz Mehrəliyev, Zakir Abdullayev, Kərim Əhmədov və Gülağa Rəhimovdan ümumilikdə 10 723 ədəd yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitə aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə