Səsyayıcı qabiliyyətə malik vasitələr aşkar edilərək götürülüb

Səsyayıcı qabiliyyətə malik vasitələr aşkar edilərək götürülüb

5 mindən çox yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Suraxanı, Yasamal və Qaradağ rayonları ərazilərindəki mağazalarda satıcı işləyənlər - Abbas Rəhimovdan, İskəndər Bayramovdan və Vaqif Həsənovdan ümumilikdə 5352 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə