2 otaqlı evdə yanğın

Füzuli rayonunda evdə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Füzuli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, 1 otağının yanar konstruksiyaları və əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə