Ağsuda evin zirzəmisindən silah-sursat tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, silah-sursat Ağsu rayon sakininin evində aparılan axtarış zamanı aşkarlanıb.
Belə ki, rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Şamxal Şamıyevin evinin zirzəmisindən "AKM" markalı silah, 70 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB