Bakıda restoranda 6 nəfəri güllələyən məmur oğlundan silah götürüldüyünü açıqlayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də Lökbatan qəsəbəsində yerləşən "Zeytə" restoranının qarşısında 6 nəfərə tüfəngdən açdığı atəşlə xəsarət yetirib hadisə yerini tərk etmiş Məhərrəm Əliyev və Zaqatala rayon sakini Samir Epdiyev tutulublar.
M.Əliyevdən hadisəni törədərkən istifadə etdiyi "Bunta Maqnum" markalı tüfəng götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB