Ərzaq mağazasında yanğın

Ərzaq mağazasında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan ərzaq mağazasında ərzaq malları 8 kv.m sahədə yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın saat 07:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə