Ağdaşda evdə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Ağdaş rayonu, Qarağan Sədi kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB