62 yaşlı Samux rayon sakininin başı kəsildi evi yandırıldı

62 yaşlı Samux rayon sakininin başı kəsildi evi yandırıldı

Samux sakininin evində yanmış meyidi tapılıb. SİA-nın Gəncə bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında Samux şəhərində Lütviyə İsmayılovanın yaşadığı mənzildə yanğın hadisəsi baş verib. Alovu görən qonşular dərhal hadisə yerinə Samux Dövlət Yanğından Mühafizə Hissəsinin briqadasını çağırıblar. Hadisə yerinə cəlb olunan 2 yanğınsöndürmə briqadası alovun ətraf ərazilərə yayılmasının qarşısını ala bilib.

Bundan sonra fərdi yaşayış evindən ev sahibi 62 yaşlı Lütviyə İsmayılovanın əl-qolu bağlı vəziyyətdə yanmış meyiti tapılıb. Dərhal hadisə yerinə rayonunun hüquq-mühafizə orqanı əməkdaşları da cəlb edilib. Zəruri istintaq araşdırmaları aparılıb. İsmayılovanın yaxınları onu xeyirxah insan kimi xarakterizə edib və heç kimlə ədavəti olmadıqlarını bildiriblər. İlkin məlumata görə, Lütviyə ismayılova mənzildə məktəbli nəvəsi ilə tək yaşayırmış. Hadisə vaxtı nəvəsi məşğələdə olub.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi başlanllıb, hazırda hadisənin kim yaxud kimlər tərəfindən hansı məqsədlə törədildiy araşdırılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə