Zaqatalada fərdi yaşayış evində yanğın olub. SİA-nın bölgə müxbirinin veridiyi məlumata görə, yanğın bu gün axşam saat 17:40 radələrində rayonun Yuxarı Tala kəndində, kənd sakini Elsevər Abdullayevə məxsus ümumi sahəsi 290 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində baş verib.
Hadisə yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı qısa məddət ərzində alıb. Nəticədə evin ikinci mərtəbəsindəki otaqlardan birinin 24 kv/m-lik tavanı və dam örtüyündən 50 kv/m sahə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
İlkin Akifoğlu, Zaqatala
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB