Bakıda 1 nəfər liftdə köməksiz qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər üst mərtəbələrin birindən diqqətsizlik səbəbindən lift boşluğuna yıxılaraq alt mərtəbədə dayanan liftin tavanına düşərək xəsarət almış vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 11:41-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB