Bakıda avtobus yaşlı qadını vuraraq öldürüb. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nizami rayonu, Q.Qarayev prospektində Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Vüqar Həziyev idarə etdiyi "Daewoo" markalı 20 saylı xətt avtobusu ilə 1929-cu il təvəllüdlü Xədicə Qasımovanı vurub. X.Qasımova aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB