Azərbaycanda bir gündə 3 nəfər dəm qazından zəhərlənib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, dekabrın 10-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Lentruş İsmayılov evində dəm qazından zəhərlənərək ölüb, həyat yoldaşı Firuzə isə xəstəxanaya yerləşdirilib.
Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Nigar Yarəhmədova da evində dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB