Abşeron polisi rayondan Bakıya narkotik maddə satmağa gətirən şəxsi də saxlayıb
Cinayətkarlar tutuldu

Abşeron polisi oğurluqda şübhəli bilinən şəxsi saxlayıb. Saxlanılan gənc bir neçə bağ evindən su çənlərini oğurlayıb. Oğurladıqlarını isə satırmış. O, böyük çənləri oğurlamaq üçün isə maraqlı bir üsula əl atıb. Abşeron polisi rayondan Bakıya narkotik maddə satmağa gətirən şəxsi də saxlayıb. Hadisə Abşeronda yeni yaşayış massivində olub. Sakinlərin müraciəti əsasında hərəkətə keçən polis müəyyən edib ki, həmin ərazidə 4-5 bağ evindən eyni üsulla iri çənlər oğuranıb. Əməliyyat nəticəsində Digah qəsəbə sakini 21 yaşlı Elmar Məmmədov şübhəli kimi saxlanılıb. O, əməlini etraf edib, çənləri evakuatorla oğurladığını deyib.

Elmar Məmmədov çənlərin hər birini 40 manata satıb. Faktla bağlı onun barəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb.

Abşeron polisi Yardımlı sakini isə narkotik maddə ilə saxlayıb. 43 yaşlı Rizvan Həsənovun sözlərinə görə tiryəki yaşadığı rayonda İran vətəndaşından 300 manata alıb.

Rizvan Həsənov əvvəllər də qəsdən adam bıçaqlama, oğurluq və narkotik maddə satışına görə ümumilikdə 20-ildən çox azadlıqdan məhrum olub. Bu faktla bağlı da cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə