Neftçilərin axtarışı nəticə vermir SON XƏBƏR

Neftçilərin axtarışı nəticə vermir SON XƏBƏR

Saat 16:00-a olan məlumata görə, "Günəşli" yatağında baş verən yanğın nəticəsində itkin düşənlərin axtarışları Fövqəladə Hallar Nazirliyinin helikopterləri və AZAL-dan götürülmüş helikopterlərlə davam etdirilir. Əfsuslar olsun ki, nəticə əldə olunmayıb". SİA-nın xəbərinə görə, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib.

Onun sözlərinə görə, yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir: "Hazırda 5 gəmi yanğının söndürülməsi işlərini davam etdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə