Faciədə həlak olan neftçilər dəfn olunub

Faciədə həlak olan neftçilər dəfn olunub

"Günəşli" yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində həlak olan neftçilər Mayılov Samir Cahangir oğlu və Mahmudov Ağa İzzət oğlu bu gün dəfn olunublar. SİA-nın xəbərinə görə, 31 yaşlı S.Mayılov Qubanın Alpan, 47 yaşlı A.Mahmudov Xaçmazın Köhnə Xudat kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində SOCAR-ın nümayəndələri, Xaçmaz rayon icra hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə