4 nəfər evdə köməksiz qaldı yağışa görə

4 nəfər evdə köməksiz qaldı yağışa görə

Lənkəran rayonunda yağan leysan yağışlar nəticəsində evdə köməksiz vəziyyətdə qalan ailə xilas edilib. SİA-nın Fövqəladə hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Cənub Regional mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Girdəni kəndində leysan yağışları nəticəsində bir ailənin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb edilən Dövlət Sularda Xilasetmə Xidmətinin dalğı-xilasediciləri həyətyanı sahənin su basması nəticəsində evdə köməksiz vəziyyətdə qalan 4 nəfəri təhlükəsiz əraziyə çıxarıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə