Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 65-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, "Opel" markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobili toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralıları nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 06:18-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB