Bakıda çay evində bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 1-də M. Rüstəmov küçəsində yerləşən çay evində Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü İntiqam Pənahəliyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Sənan Məmmədəlizadə tutulub.
Faktla bağlı araşdırmalara başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB