Avtomobilləri talayan şəxs tutuldu

Avtomobilləri talayan şəxs tutuldu

Bakıda avtomobilləri talayan şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, noyabrın 30-na keçən gecə, naməlum şəxs Gəncə prospektində Anar Zamanova məxsus "Toyota-Prado" markalı avtomobildən, şüşəni sındırmaqla saxlanc yerindən 270 manat və sənədlər oğurlayıb. A.Zamanov həmin şəxsi görüb tutmaq istəyərkən "Lada-Priora" markalı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb.

Qeyd olunan tarixdə Sadıqcan küçəsində Zaməddin Sadıqova məxsus "Mercedes" markalı avtomobildən, şüşəni sındırmaqla saxlanc yerindən sənədlər və H.Aslanov küçəsində Fazil Məmmədova məxsus "Toyota Land-Cruser" markalı avtomobildən, şüşəni sındırmaqla qızıl-zinət əşyaları, 2 ədəd mobil telefon oğurlanıb.

Bakı şəhər BPİ TŞX, Xətai RPİ CAŞ, TŞX, 35, 36 və 37-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, soyğunçuluq və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Adil Cəlilov idarə etdiyi "VAZ-21723" markalı avtomobillə İ.İsmayılov küçəsində saxlanılıb və avtomobilə baxış zamanı oğurlanmış əşyalar aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə