DİN Zaqataladakı hadisə ilə bağlı məlumat yayıb

DİN Zaqataladakı hadisə ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Zaqatalada baş verən dəhşətli cinayət hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, noyabrın 28-də Zaqatala şəhərində şəhər sakini Araz Musayev münaqişə zəminində həmyerlisi Vüsal Bəşirovun qollarının bilək nahiyəsinə balta ilə xəsarət yetirib.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev tutulub.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə