Suraxanıda yanğın hadisəsi baş verib

Suraxanıda yanğın hadisəsi baş verib

Bakıda evdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın hadisəsi Suraxanı rayonunda qeydə alınıb. Belə ki, sözügedən rayonda vətəndaşa məxsus birmərtəbəli evin xarici divarına quraşdırılmış qaz sayğacı yanıb.

Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində ev və yaxınlıqdakı digər sayğacı yanğından mühafizə etmək mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə