Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonun Veyisli kəndində (rayon mərkəzindən 10 km aralı) iki "VAZ" markalı minik avtomobilinin toqquşub.
Hadisə yerinə cəlb olunan yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobillərdən 1962-ci il təvəllüdlü Ələsgərov Ələsgər Qurban oğlu, 1991-ci il təvəllüdlü İsmayılov Saday Bəxtiyar oğlu, 1976-cı il təvəllüdlü Rzayev Yaşar Əmiraslan oğlu və İsmayılov Nofəl Kərim oğlunun cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB