Azərbaycanda mikroavtobus divara çırpıldı FOTO

Azərbaycanda mikroavtobus divara çırpıldı FOTO

Gəncədə sərnişin daşıyan mikroavtobus qəza törədib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün saat 14:10 radələrində Gəncənin Ozan küçəsində sərnişindaşıyan mikroavtobus divara çırpılıb. 29 saylı marşrut üzrə hərəkət edən "Mercedes" markalı mikroavtobus Firdovsi Əliyev küçəsindən Ozan küçəsinə dönərkən əyləc sistemində yaranan problem üzündən yaşayış evinin divarına çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinin sürücüsü və 19 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 2-nin vəziyyətinin ağır, 17-nin səhhəti isə orta ağır olduğu bildirilir. Xəstəxanaya yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.

Xəstəxanadan yaralıların əksəriyyətinin tələbə olduğu bildirilir.

Yaralılar bunlardır:

Azər Məmmədov - sürücü

Şəhriyar Cəlilov

Hekayət Əhmədzadə

Arifə Cabbarova

Xəyalə Abdulxalıqova

Ülkər Əfəndiyeva

Afaq Məmmədova

Məryəm Əliyeva

Zəhra Məmmədova

Nərmin Əmirova

Sevda İsmayılova

Zöhrab Namazov

Elmir Cəlilli

Elmira Məmmədova

Milana Məmmədova

Amid Babaxanov

Toğrul Əliyev

İlham Bağırov

Pərvanə Fətəliyeva

Tofiq Eminov

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə