Bərdədə ev yanıb

Bərdədə yaşayış evində yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın hadisəsi rayonun Lək kəndində (rayon mərkəzindən 6 km aralı) qeydə alınıb.

Vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m və 1 otağının tavanı 28 kv.m sahədə yanıb.

Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səylərindən sonra evin qalan hissəsini yanğından mühafizə etmək mümkün olub. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə