Biləsuvarda Mağazada yanıb

Biləsuvar rayonunda yanğın baş verib. SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan məktəb ləvazimatları satışı mağazasının lambirdən ibarət tavanı və içərisindəki mallar yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə