Avtomobil oğruları tutuldu

Avtomobil oğruları tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xəzər RPİ və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Sabunçu rayonu ərazisindən Emin İbrahimova məxsus "VAZ-2107" markalı avtomobili qaçıran Bakı şəhər sakinləri Tural Qədirov və Elman Cəbiyev tutulmublar. E.Cəbiyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Samir Abbasova və Anar Quliyevə məxsus "VAZ-2106" markalı avtomobilləri qaçırması da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə