Bakıda 2 piyadanın ölümü ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, hadisə noyabrın 18-də saat 22 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində baş verib. Belə ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Namiq Nəcəfov idarə etdiyi "Toyota Land Gruiser" markalı avtomobillə 1969-cu il təvəllüdlü Nurəli Nuriyevi və 1978-ci il təvəllüdlü Teyfur Əsgərovu vurub.
Nəticədə, hər iki piyadaçı aldıqları xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər RPİ-də araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB