Rusiyada axtarılan şəxslər Azərbaycanda tutuldular

Rusiyada axtarılan şəxslər Azərbaycanda tutuldular

Rusiya Federasiyası tərəfindən axtarışda olan iki nəfər Azərbaycanda tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Hacı Qurbanov saxlanılıb.

Bundan başqa Bakı şəhər sakini Pərizad Əzizova 2013-cü ilin fevral ayında paytaxt sakini Eldar Behbudovun onun etimadını qazanıb 5200 manatını alması barədə Yasamal polisinə müraciət edib. Araşdırma zamanı E. Behbudovun Rusiya Cinayət Məcəlləsinin 159-cu (dələduzluq) maddəsi ilə axtarışda olması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E. Behbudov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə