2 gündə 9 qəza 4 ölü, 9 yaralı

2 gündə 9 qəza 4 ölü, 9 yaralı

Azərbaycanda istirahət günlərində baş vermiş yol qəzalarının sayı açıqlanıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 14-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Noyabrın 15-də isə respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə