Bakıda çay evində soyğunçuluq hadisəsi törədən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Səbail rayon 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 25-də Zorge küçəsində yerləşən çay evində Babək rayon sakini Eyyub Yaqubovu döyərək, 45 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Rakif Xəlilov tutulub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB