Cibgirdən tiryək çıxdı

Bakıda cibgirdən narkotik tapıldı. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ CAŞ və PPXB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan 1979-cu il təvəllüdlü Rüstəm Sadıqov tutulub və onun üzərindən 6,485 qram tiryək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə