Bakı-Quba maqistral avtomobil yolunda, "Howo" və "Shacman" markalı yük avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Sumqayıt Regional Mərkəzinin xilasediciləri "Howo" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 07:20-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB