Avtomobil "qənim"ləri tutuldu

Bakı şəhəri, Yasamal rayonunun A.Ağayev küçəsindən şəhər sakini Əliqulu İsayevə məxsus VAZ-2107 markalı avtomobil qaçırılıb. SİA-nın ( Daxili İşlər Nazirliyinin DİN) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elnur Şıxıyev və Rövşən Gülümcanov Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən Cavadxan küçəsində saxlanılıb və 26-cı Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə