Ölümlə nəticələnən yol qəzası

Ölümlə nəticələnən yol qəzası

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "Niva" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində bir nəfər həlak olub.

Qəza yerinə gələn FHN-nin xilasetmə qüvvələri tərəfindən "Niva" markalı minik avtomobilində olan sərnişin - 1964-cü il təvəllüdlü Təhməzov Zeynal İmran oğlunun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə