Lənkəran-Lerik şosesində sürüşmə prosesi daha da genişlənib

Lənkəran-Lerik şosesində sürüşmə prosesi daha da genişlənib

Son günlər aramsız yağan yağışlar nəticəsində Lənkəran-Lerik şosesinin 17, 19 və 26-cı kilometrlərində sürüşmə prosesini yenidən aktivləşdirib. SİA-nın Cənub bürosunun məlumatına görə, bu ərazilərin yuxarı yamac hissələrində baş verən intensiv yuyulma və sürüşmələr dağ süxurlarını aşağı gətirməklə nəqliyyat vasitələrinin hərəkətində ciddi maneəyə çevrilir.

43 saylı Lerik Rayon Yol İstismar İdarəsinin işçiləri və ağır texnikası fasiləsiz əraziyə nəzarət edilir, yola tökülmüş torpaq qatı, lehmə, daş parçaları qreyderlə təmizlənir. Lakin yolçuların həyatı üçün təhlükənin baş vermə halı istisna edilmir.

Digər ciddi təhlükəl isə yolda sel sularının yuduğu asvalt qatının aşağıdan axan çaya doğru sürüşməsidir. Bu isə hər an ağır nəticələrə səbəb ola bilər. Sürücülərin sözlərinə görə, xüsusən axşam saatlarında yolda maşınla hərəkət etmək çox təhlükəlidir.

Qeyd edək ki, Lənkəran-Lerik şosesində ağır tonnajlı yük maşınlarının müntəzəm hərəkət etmələri səbəbindən yolun ayrı-ayrı hissələrində dərin çalalar yaranıb. Təkcə iki qonşu rayon üçün deyil, ümumilikdə respublika üçün mühüm strateji əhəmiyyət daşıyan bu yolun əsaslı təmir və bərpasına ehtiyac var.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə