Bağlı qapı arxasında qalan şəxsin cəsədi aşkarlanıb

Bağlı qapı arxasında qalan şəxsin cəsədi aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin "Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə" daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda mənzildə 1938-ci il təvəllüdlü Buraçenko Boris İqnatoviç bağlı qapı arxasında qalıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. B.Buraçenkonun cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:51-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə