Mağazaların "qənimi"

Mağazalardan oğurluq edən şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Allahverdiyevə, Nəzminə Məlikovaya, Xanbaba Quliyevə, Şamil Əliyevə və Fuad Məmmədova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı və spirtli içkilər oğurlamış şəhər sakini İlham Zeynalov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə