"London Taksi"si can aldı

Bakıda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, hadisə oktyabrın 13-ü saat 04:50 radələrində, Nəsimi rayonu Azadlıq prospektində baş verib.

Belə ki, Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Namiq Fərəcov idarə etdiyi "London Taksi" markalı avtomobillə 1966-cı il təvəllüdlü Hacıbaba Tarverdiyevi vurub. H.Tarverdiyev aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə