Küləkdə ağac altından keçməyin!

Küləkdə ağac altından keçməyin!

Bakıda əsən güclü külək nəticəsində qırılan ağac paytaxt sakinin başına düşüb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 8-də Səbail rayonunun Xəqani küçəsində qırılmış ağac Bakı şəhər sakini İbrahim Yaqubovun başına düşüb.

İ. Yaqubova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə