Azərbaycan hüquq-mühafizə orqanları dələduzluqda təqsirləndirilən daha bir nəfəri beynəlxalq axtarışa verib. SİA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 40 yaşlı Elşad Seyidov külli miqdarda dələduzluq əməlində ittiham olunur. E. Seyidov Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Hazırda E. Seyidovun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB