Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, hadisə sentyabrın 26-sı saat 13:20 radələrində, Xətai rayonu Gəncə prospektində baş verib.
Belə ki, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Romanoğlu idarə etdiyi "Jeep-Grand Cherokee" markalı avtomobillə Culfa rayon sakinləri - 1988-ci il təvəllüdlü Gülnar Əsgərovanı və oğlu 2009-cu il təvəllüdlü Fərid Cəfərovu vurub. Nəticədə, hər ikisi xəstəxanaya yerləşdirilib və F.Cəfərov aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB