Telefon dələduzu tutulub

Telefonları danışmaq adı ilə alıb geri qaytarmayan dələduz tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 27-də Azadlıq prospektində Bakı şəhər sakini Erol Bayramovun sinəsindən yumruqla vurub mobil telefonunu alıb qaçaraq soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Həsənov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, o, sentyabrın 1-də Bül-Bül prospektində Yardımlı rayon sakini Elgün Ağayevə məxsus "Ford-Transit" markalı avtomobildən mobil telefon oğurlayıb.

Bundan əlavə, onun digər dələduzluq cinayətlərinin də üstü açılıb. Belə ki, V. Həsənov sentyabrın 5-də D.Əliyeva küçəsində Ayxan Qarayevin, sentyabrın 7-də S.Rüstəm küçəsində Rəsul Dinlerin, sentyabrın 10-da Kiçik dəniz küçəsində Eldar Cahangirbəyovun, sentyabrın 9-da İbrahim Məmmədovun, sentyabrın 10-da Yaşar Cabbarovun, sentyabrın 22-də Sadiq Quliyevin, sentyabrın 23-də Azadlıq prospektində Səbuhi Cəfərlinin, avqustun 10-da Nizami küçəsində Orxan Mikayıllının etibarından sui-istifadə edərək mobil telefonlarını danışmaq adı ilə alıb qaytarmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə